Sabirabad rayon sakini Cəlal Mirzəyevə məxsus həyətyanı sahədən çətənə kolu yığılaraq məhv edilmişdir
10.06.2014Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Cəlal Mirzəyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 24 kiloqram 640 qram olan 25 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir. Eləcə də, C.Mirzəyevin evinə baxış zamanı 4 kiloqram 345,402 qram marixuana aşkar edilərək götürülmüşdür.