Paytaxtın Nizami rayonu Ə.Əzimzadə küçəsində Bakı şəhər sakini H.Cəfərova məxsus mebel sexində yanğın baş vermişdir
10.06.2014İyunun 11-də saat 14 radələrində paytaxtın Nizami rayonu Ə.Əzimzadə küçəsində Bakı şəhər sakini Həbib Cəfərova məxsus mebel sexində yanğın baş vermişdir. Nəticədə sexin 15 kvm. sahəsində olan taxta tullantıları yanmış, yanıq xəsarətləri almış sexdə işləyən fəhlələrdən - paytaxt sakinləri Mirzə Zeynalova, Manaf Babayevə, Abşeron rayon sakini Ağa Əzimova xəstəxanada ilkin tibbi yardım göstərilmiş, paytaxt sakinləri Tufan Məmmədov və Türkiyə vətəndaşı Cahid Karaca xəstəxanaya yerləşdirilmişlər.