Rusiya Federasiyasının vətəndaşı Xaron Şahiyevi bıçaqla qətlə yetirib cəsədini torpağa basdırmış Eldar Hüseynov tutulmuşdur
28.05.2014Mayın 26-da Binəqədi rayonu Novxanı bağlar sahəsindəki evlərdən birinin həyətində Bakı şəhər sakini Eldar Hüseynov münaqişə zəminində Rusiya Federasiyasının vətəndaşı Xaron Şahiyevi bıçaqla qətlə yetirib cəsədini torpağa basdırmışdır.
Xaron Şahiyevin meyiti eksqumasiya edilmişdir.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə E.Hüseynov tutulmuşdur.