Sabunçu rayonu Bilgəh qəsəbəsində yol-nəqliyyat hadisəsi
28.05.2014Mayın 29-da saat 22 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsində Bakı şəhər sakini Seda Talıbova idarə etdiyi “KİA” markalı avtomobili maneəyə vurmuşdur. S.Talıbovanın sərnişinləri, Bakı şəhər sakinləri Əhməd Dadaşov, Nərgiz Dadaşova və Sevil Rəsulova xəstəxanaya yerləşdirilmişlər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.