Salyan rayon sakini Mikayıl Əzizova odlu silahdan açdığı atəşlə xəsarət yetirmiş İxtiyar Soltanov könüllü olaraq təslim olmuşdur
28.05.2014Mayın 29-da Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində yerləşən “Nur” kafesində qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirmişdir.
İ.Soltanov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olmuş və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-12” markalı tüfəngi təhvil vermişdir.