Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
06.05.2014Mayın 7-də saat 19 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakinləri Samir Osmanovun idarə etdiyi “VAZ-21063”, Elçin Əliyevin idarə etdiyi “Hyundai”, Hüseyn Qasımbəylinin idarə etdiyi “Mercedes” və İmişli rayon sakini Rüfət Nəcəfzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. S.Osmanovun sərnişini, həmyerlisi Murad Abbasov xəstəxanaya aparılarkən yolda ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.