Oğurluq etmiş Bakı şəhər sakinləri Ələkbər İsmayılov, Sənan Səfərov və Kamran Şıxəliyev tutulmuşlar
06.05.2014Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Pərvanə Əliyevaya məxsus “KİA” markalı avtomobildən 70 manat və sənəd oğurlamış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ələkbər İsmayılov, Sənan Səfərov və Kamran Şıxəliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Aynur Məmmədovaya, Elşad Məhərrəmova, Teymur Şükürova və Şamil Əliyevə məxsus avtomobillərdən pul, sənəd və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.