Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi

06.05.2014

Mayın 7-də Şəmkir şəhərinin ərazisində “VAZ-21011” markalı avtomobillə yolun kənarında dayanmış şəhər sakinləri Xaliq Hüseynova məxsus “VAZ 21120” və Seymur Süleymanova məxsus “Mercedes” markalı avtomobillər vurulmuşdur. Xəsarət alan olmamış, avtomobillərə qismən ziyan dəymişdir.

Şəmkir RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı “VAZ-21011” markalı avtomobilin şəhər sakini Mobil Mərdanova məxsus olması və həmyerlisi İlqar Rzayev tərəfindən qaçırılması müəyyən edilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayev saxlanılmış və izahatı alındıqdan sonra buraxılmışdır.    RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

06.05.2014 tarixinə olan kriminal məlumatlar