Axtarışda olan Əli Mirzəyev tutulmuşdur
23.04.2014Baş Cinayət-Axtarış İdarəsi, Goranboy RPŞ, Samux RPŞ və Səbail Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Əli Mirzəyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Nurəddin Abbasova məxsus “VAZ-2107” markalı avtomobil qaçırması, habelə Goranboy rayon sakini Şahmar Vəliyev, Bakı şəhər sakinləri Ruslan Nuriyev və Samux rayon sakini Gözəl Mahmudova ilə birgə Sərvan Nəsibova məxsus mağazadan qapını sındırmaq yolu ilə 350 manat, 7 ədəd noutbuk, 19 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ş.Vəliyev tutulmuşdur.