Oğurluq etmiş İsmayıllı rayon sakini Tural Məmmədli tutulmuşdur
23.04.2014Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də İrina Hüseynovaya məxsus “KİA” markalı avtomobildən içərisində ətir və kosmetik əşyalar olan çantanı oğurlamış İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədli tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Pərviz Şirinova və Mətanət Hümbətəliyevaya məxsus avtomobillərdən də oğurluq etməsi müəyyən edilmişdir.