Sabunçu rayonu Pirşağı qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
23.04.2014Aprelin 24-də saat 02.00 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Fəqan Qasımov vurulmuşdur.
F.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ-21011” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Natiq Nuriyev tərəfindən törədilməsi müəyyən edilmişdir.Sabunçu RPİ tərəfindən araşdırma aparılır.