Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
23.04.2014Aprelin 23-də saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində Babək Səfərovun idarə etdiyi “VAZ-21074” və Binəqədi qəsəbə sakini Rüstəm Nuriyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. B.Səfərovun sərnişini - Bakı şəhər sakini Fidanə Teymurova hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.