Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtın dörd rayonu ərazisində yerləşən obyektlərdə qanunsuz idman mərc oyunlarının təşkil olunması müəyyən edilmişdir

03.04.2014

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Emin Əliyevin, həmyerliləri Tapdıq Fərəcov, Elşad Seyidov, Ağacan Nərimanov, Şəki rayon sakini Əfqan Xəlilov və Yevlax rayon sakini Fərdi Mehdiyevlə birgə paytaxtın Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarının ərazisində yerləşən obyektlərdə qanunsuz idman mərc oyunları təşkil etməsi müəyyən edilmişdir.

Obyektlərə baxış zamanı müştərilər tərəfindən alınmış 229 ədəd qəbz kötüyü, onların qeydiyytının aparılması üçün  5 kompyuter dəsti, 10 ədəd televizor, 5 ədəd printer, 1 ədəd modem və 2630 manat pul aşkar edilərək götürülmüşdür.