Binəqədi rayonu ərazisində aptekdən oğurluq etmiş Bərdə rayon sakini B.İsbəndiyarov tutulmuşdur
03.04.2014Aprelin 4-nə keçən gecə Binəqədi rayonu S.S.Axundov küçəsində Bakı şəhər sakini Şərafət Əliyevə məxsus aptekdən qapını sındırmaq yolu ilə 120 manat oğurlanmışdır.
Binəqədi RPİ, RMİ və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bərdə rayon sakini Babək İsbəndiyarov tutulmuşdur.