Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xırdalan şəhərinin ərazisində Gədəbəy rayon sakini N.Tağıyevaya zor tətbiq edərək çantasını əlindən almış dörd şəxsdən üçü tutulmuşdur

03.04.2014

Aprelin 4-də Xırdalan şəhərinin ərazisində şəxsiyyəti məlum olmayan 4 nəfər Gədəbəy rayon sakini Natilə Tağıyevaya zor tətbiq edərək içərisində 9900 dollar və 100 manat, habelə qızıl əşyaları olan çantasını almışdır.

Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakini Orxan Hümbətov, Sumqayıt şəhər sakini Yusif Yusifov, Rəsul Əliyev tutulmuş, Murad İsmayılov isə müəyyən edilmişdir.