Cari ilin fevral-mart ayları ərzində bir neçə mağazadan oğurluqlar törətmiş iki şəxs tutulmuş, biri isə müəyyən edilmişdir
28.03.2014Baş Cinayət-Axtarış İdarəsi, Xəzər RPİ və Lənkəran ŞRPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-mart ayları ərzində Sərdar Ağayevə məxsus mağazadan tütün məmulatı, Vəliyəddin Həsənova məxsus mağazadan və oradakı “Paypoint” aparatından pul, Azad Əhmədzadəyə məxsus mağazada olan “Paypoint” aparatından pul, Nicat Ağayevə məxsus mağazadan “Mooleniz” şirkətinə məxsus “E-manat” ödəniş terminalını oğurlamış, habelə “Vöes” MMC-yə məxsus Paypoint aparatından oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Çingiz Həsənov, Məhərrəmağa Ağayev tutulmuş, Ramil Bəşirov müəyyən edilmişdir.
Ç.Həsənovun və M.Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, R.Bəşirovla birgə Zaur Dadaşova məxsus mağazadan pul, ərzaq məhsulları və geyim əşyaları, Fazil Kərimova məxsus mağazadan pul və tütün məmulatı, Qara Abbasova məxsus mağazadan pul, tütün məmulatı və “Vois” şirkətinə məxsus “E-Manat” ödəniş terminalını oğurlamaları da müəyyən edilmişdir.