Şəki rayonu Aşağı Küngüt kəndinin ərazisində iki “VAZ” markalı avtomobillər toqquşmuşdur
28.03.2014Martın 28-də saat 19 radələrində Şəki rayonu Aşağı Küngüt kəndinin ərazisində rayon sakinləri Ağabala İsgəndərovun və Yusif Vəliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuşdur. A.İsgəndərovun sərnişinləri Rəsul Maqsudov və Mehman Haqverdiyev xəstəxanaya yerləşdirilmiş, R.Maqsudov ölmüşdür.