Martın 27-də C.Məmmədova məxsus mobil telefonu oğurlamış Şəki rayon sakini Ə.Göyüşov tutulmuşdur
28.03.2014Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Ceyhun Məmmədova məxsus mobil telefonu oğurlamış Şəki rayon sakini Əfqan Göyüşov tutulmuşdur. Ondan 1,217 qram heroin götürülmüşdür.
Ə.Göyüşovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 22-də Azad Məmmədovun evindən oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.