İsmayıllı rayon sakini R.Məmmədov inyeksiya yolu ilə narkotik vasitə qəbul edərkən saxlanılmışdır
26.03.2014İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ramiz Məmmədov inyeksiya yolu ilə narkotik vasitə qəbul edərkən saxlanılmışdır. Ondan birdəfəlik şpritsdə 5,4 ml. heroin məhlulu götürülmüşdür.
R.Məmmədovun evinə baxış zamanı əlavə 0,425 qram heroin aşkar edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova narkotik vasitəni satmış Mican kənd sakini Zakir Nitəliyev tutulmuşdur.