Paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini F.Fərəcova vurulmuşdur
26.03.2014Martın 25-də saat 21 radələrində paytaxtın Nizami rayonu B.Nuriyev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Fatimə Fərəcova vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.