İki mağazadan oğurluq etmiş şəxslər tutulmuşlar
26.03.2014Abşeron RPŞ və Suraxanı RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Fariz Əzimzadəyə və martın 20-də Yasər Əhmədzadəyə məxsus mağazalardan pul, məişət əşyaları, danışıq kartı, ərzaq məhsulları və tütün məmulatı oğurlamış Xırdalan şəhər sakinləri Ramiz Əliyev, Azər İbişov və Türkiyə vətəndaşı Azad Cetin tutulmuşlar.