Buzovna qəsəbə sakini R.Kərimova bıçaqla xəsarət yetirmiş F.Mustafayev tutulmuşdur
26.03.2014Martın 26-da Xəzər rayonu Şağan qəsəbəsinin ərazisində qəsəbə sakini Fərhad Mustafayev münaqişə zəminində Buzovna qəsəbə sakini Rüstəm Kərimova bıçaqla xəsarət yetirmişdir.
Xəzər RPI 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Mustafayev tutulmuşdur.