Gün ərzində 57 cinayət faktı qeydə alınmışdır
22.03.2014Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 26-sı “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 16 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.