Ötən ilin oktyabr ayında Lənkəran rayon sakini R.Hüseynovun evində baş vermiş yanğının qəsdən törədilməsi müəyyən edilmişdir
22.03.20142013-cü il oktyabr ayının 27-nə keçən gecə Lənkəran rayonu Talışlı kənd sakini Ramil Hüseynovun evində yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır.
Araşdırmalar zamanı evin qəsdən yandırılması müəyyən edilmiş və faktla əlaqədar cinayət işi başlanmışdır.
Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.