Bakı şəhər sakini E.Yusifova məxsus mağazadan pul oğurlamış Ağdaş rayon sakini Q.Sadıqov saxlanılmışdır
22.03.2014Martın 22-də Binəqədi rayonu M.Cəlal küçəsində Bakı şəhər sakini Elşən Yusifova məxsus mağazadan pəncərədən girmək yolu ilə 415 manat pul oğurlanmışdır.
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdaş rayon sakini Qabil Sadıqov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 8-də Tələt Talışxanova məxsus mağazadan 200 manat pul və danışıq kartları, habelə martın 18-də Bakı şəhər sakini Eleonora Əlimərdanovaya məxsus gözəllik salonundan qapını gərib açmaq yolu ilə 5 manat pul oğurlaması da müəyyən edilmişdir.