Xəzər rayonu ərazisində “KİA” və “Subaru” markalı avtomobillər toqquşmuşdur
22.03.2014Martın 22-də saat 17 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Əkbər Rzayevin idarə etdiyi “KİA” və Fərhad İbrahimovun idarə etdiyi “Subaru” markalı avtomobillər toqquşmuşdur. F.İbrahimov və sərnişinləri - Bakı şəhər sakinləri Nərgiz Sadıqova və Rəna Səfərəliyeva, habelə Ə.Rzayev və sərnişinləri - oğlu Sadiq, Bakı şəhər sakinləri Rəfilə Rzayeva və Tacimə Rzayeva xəstəxanaya yerləşdirilmiş, S.Rzayev orada ölmüşdür.