Ağstafa rayonu Poylu kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
21.03.2014Martın 21-də saat 21 radələrində Ağstafa rayonu Poylu kəndinin ərazisində Bakı şəhər sakini Elgün Haqverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırmışdır. Xəstəxanaya yerləşdirilmiş E.Haqverdiyev və sərnişini, Ağstafa şəhər sakini Məmməd İbrahimov orada ölmüşlər.