8 nəfər zəhərlənmələrlə xəstəxanalara gətirilmişlər
21.03.2014Martın 21-də Xəzər rayonu Binə qəsəbə sakinləri Pərvanə Həsənova və qızı Aydan, Sumqayıt şəhər sakinləri Qərənfil Babayeva, Donara Tanrıverdiyeva, Nurlan Əmrahov, Gəncə şəhər sakini Simnarə Mürsəlova, Biləsuvar rayon sakini Aynurə Allahverdiyeva dəm qazından, Biləsuvar rayon sakini Könül Soltanova kimyəvi (uksus) məhluldan zəhərlənmələrlə xəstəxanalara gətirilmişlər.