İsmayıllı rayonu Mollaisaqlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
21.03.2014Martın 21-də saat 19 radələrində İsmayıllı rayonu Mollaisaqlı kəndinin ərazisində Göyçay rayon sakini Azər Soltanov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. A.Soltanovun sərnişini, həmyerlisi Rəhman Qəribov hadisə yerində ölmüş, xəsarət almış özü xəstəxanaya yerləşdirilmişdir.