Avtomaşınının qaçırılması barədə polisə yalan məlumat vermiş Şamaxı rayon sakini Allahyar Qurbanovun yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir
19.03.2014Martın 19-da Şamaxı rayon sakini Allahyar Qurbanov Nəsimi RPİ 19-cu PB-yə ərizə ilə mürciət edərək həmin gün Moskva prospektindən “VAZ-2107” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.
Avtomobil həmin gün DİN BDYPİ əməkdaşları tərəfindən Bakı-Şamaxı yolunun 12-ci km-də tapılmışdır.
Araşdırmalar zamanı martın 19-da Bakı-Şamaxı yolunun 10-cu km-də, Allahyar Qurbanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakinləri Təzəgül Vəliyevanı və onun qızı Ayşəni vuraraq hadisə yerindən qaçması və avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verməsi müəyyən edilmişdir.