Gözəllik salonundan 200 manat pul oğurlamış Yevlax rayon sakini Nazim Bəkirov saxlanılmışdır
19.03.2014Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Arzu Allahverdiyevanın gözəllik salonundan 200 manat pul oğurlamış Yevlax rayon sakini Nazim Bəkirov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Sahib Muxtarova və Ramil Abbasova məxsus mağazalardan pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.