Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.03.2014Martın 19-da saat 18 radələrində Qobustan rayonu ərazisində Qəbələ rayon sakini Qurban Əliyevin idarə etdiyi “Mercedes”, Abşeron rayon sakini Rasim Orucəliyevin idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini İntizam Hüseynovun idarə etdiyi “Daevoo” markalı avtomobillər toqquşmuşdur.
R.Orucəliyev və sərnişinlərindən atası Cümşüd, anası Hökumə və qardaşı Rafiq hadisə yerində ölmüş, digər sərnişini, qızı Aytac, habelə Q.Əliyev və sərnişini Qəbələ rayon sakini Əziz Əhmədov, eləcə də İ.Hüseynov və sərnişinləri, Bakı şəhər sakinləri Raya Ağayeva və Leyla İmanova xəstəxanaya yerləşdirilmişlər.
İ.Hüseynova, R.Ağayevaya və L.İmanovaya ilkin tibbi yardım göstərilmişdir.