Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi
03.03.2014Martın 3-də saat 01 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Ələkbər Məmmədovun idarə etdiyi “Mercedes”, Mirzahid Mürsəlovun idarə etdiyi “Opel” və Elnur Sadıqovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşmuşdur. M.Mürsəlov, E.Sadıqov və sərnişini, atası Səfərəli Sadıqov hadisə yerində ölmüş, xəsarət almış Ə.Məmmədova, sərnişinləri Şəfiqə Piriyevaya, Xəyalə Hacıyevaya və Adnan Piriyevaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.