Nardaran qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
03.03.2014Martın 3-də saat 04 radələrində Sabunçu rayonu Nardaran qəsəbəsinin ərazisində Bilgəh qəsəbə sakini Ramin Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı hasara vurmuşdur. Sürücü hadisə yerində ölmüş, sərnişini - Bilgəh qəsəbə sakini Elvin Cəfərov xəstəxanaya yerləşdirilmişdir.