Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayon sakinləri E.Ağayevi və S.Əmənovu tapançaya bənzər əşya ilə hədələyərək onlardan pul almış şəxslər tutulmuşlar

17.02.2014

Fevralın 17-nə keçən gecə Cəlilabad şəhərinin ərazisində şəhər sakini Eldəniz Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə sərnişin qismində gedən şəxsiyyəti məlum olmayan 2 nəfər onu və digər sərnişini, Maşlıq kənd sakini Seymur Əmənovu tapançaya bənzər əşya ilə hədələyərək onlardan 30 manat pul almışdır.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Privolnoye kənd sakinləri Tofiq Süleymanov və İbadət Süleymanov tutulmuşlar. Onlardan 1 ədəd tapançaya bənzər alışqan götürülmüşdür.

17.02.2014 tarixinə olan kriminal məlumatlar