Sabunçu rayonu Böyükşor şosesində yeni inşa olunan olimpiya stadionundan oğurluq etmiş şəxslər saxlanılmışlar
17.02.2014Fevralın 17-də Sabunçu rayonu Böyükşor şosesində yeni inşa olunan olimpiya stadionundan 60 ədəd 4 metrlik armatur oğurlamış Bakı şəhər sakinləri Bayram Dekanadze və əvvəllər məhkum olunmuş Tahir Bədəlov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmış və Sabunçu RPİ 12-ci PB-yə təhvil verilmişlər.