Beyləqan şəhərinin ərazisindəki çörək sexində partlayış baş vermişdir
17.02.2014Fevralın 17-də saat 17 radələrində Beyləqan şəhərinin ərazisində şəhər sakini Yusif Cəfərova məxsus çörək sexində yüksək təzyiqdən partlayış baş vermişdir. Nəticədə sexə ziyan dəymiş, orada işləyənlər, şəhər sakinləri Vəzifə Süleymanova, Məfkurə Fərəcova, Zenfira Abbasova, Xalidə Həsənova və Nəzakət Quliyeva xəstəxanaya yerləşdirilmiş, onlara ilkin tibbi yardım göstərilmişdir.