Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“İrəvan Press” qazetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun şantaj yolla pul tələb etməsi və mənimsəməsi müəyyən edilmişdir

13.02.2014

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “İrəvan Press” qazetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun “jam.az” və “naviqator.info” internet saytlarında Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vasif Əliyev və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov barələrində həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə onlar haqqında rüsvayedici məlumatların müxtəlif internet saytlarında yayılacağı hədəsi ilə hər birindən 300 manat pulu “Azərpoçt” MMC vasitəsi ilə öz adına göndərmələrini tələb etdiyi və həmin vəsaiti poçt vasitəsi ilə çıxararaq mənimsədiyi müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.

13.02.2014 tarixinə olan kriminal məlumatlar