Binəqədi rayonunda istifadə olunmayan yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş vermişdir
13.02.2014Fevralın 13-də saat 10 radələrində Binəqədi rayonu S.S.Axundov küçəsində istifadə olunmayan yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə tikili dağıldığından yaxınlıqdakı ticarət obyektlərinin və yaşayış evlərinin şüşələri sınmış, Azad Möhbalıyevə məxsus “Mercedes” markalı avtomobilə qismən ziyan dəymiş, xəsarət almış Bakı şəhər sakinləri Fillurə Budaqovaya, Afiyyət İbadovaya, Tamella Səfərovaya, Şücayət Qədimovaya və Tərlan Kazımova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.