Bakı şəhər sakini Yaşar Musayev tutulmuşdur
13.02.2014Fevralın 12-də Yasamal rayonu Ə.Ələkbərov küçəsində naməlum şəxs Bakı şəhər sakini Elmar İmanova zor tətbiq edərək 24 manatını almışdır.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Yaşar Musayev tutulmuşdur.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.