Avtomobil qaçırmış Bakı şəhər sakini Tərlan Mirzəyev tutulmuşdur
26.01.2014Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Elvin Abıyevə məxsus “VAZ-21011” markalı avtomobili qaçırmış Bakı şəhər sakini Tərlan Mirzəyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Nurəli Babayevin evindən 2000 manat pul və qızıl əşyalar aparması, Əhməd Bədəlovun evindən qızıl əşyalar oğurlaması və Emin Nağıyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.