Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

26.01.2014

Yanvarın 26-da saat 23 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Nadir Şükürovun idarə etdiyi “Mercedes”, Şamaxı rayon sakini Bahadur İbadovun idarə etdiyi “VAZ-21011” və Şəki rayon sakini Murad Abdulhəmidovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşmuşdur. N.Şükürovun sərnişinlərindən - Bakı şəhər sakini Gülbəniz Dibirova, habelə B.İbadov və onun sərnişinləri, qızları Ceyran və Zəhra hadisə yerində ölmüş, N.Şükürov və digər sərnişinləri - Bakı şəhər sakinləri Purim Şamayılova, Fəridə Əliyeva, habelə B.İbadovun digər sərnişinləri - arvadı Arifə İbadova, Şamaxı rayon sakini Vidadi Novruzov, eləcə də M.Abdulhəmidov və sərnişini - Ağdaş rayon sakini Elşən Rüstəmov xəstəxanaya yerləşdirilmişlər.