Quldurluq etmiş Bakı şəhər sakinləri İkram Zeynalov və Rüfət Mənsimli tutulmuşlar
26.01.2014Yanvarın 25-də saat 01 radələrində Səbail rayonu Azərbaycan prospektində Bakı şəhər sakini İlkin Mirağayev “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Ş.Şamil küçəsinə gedəcəyini bildirmişdir. Ş.Şamil küçəsində avtomobilin sürücüsü İ.Mirağayevi bıçaqla hədələyərək ondan 300 manat pul almışdır.
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Bakı şəhər sakinləri İkram Zeynalov və Rüfət Mənsimli tutulmuşlar.