İctimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə polis şöbəsinə gətirilmiş şəxslərin cinayət əməlləri müəyyən edilmişdir
22.01.2014Yanvarın 21-də Kürdəmir rayonu Şilyan kəndinin ərazisində rayon sakinləri Cabir Əhmədov, Ayaz Cəfərov və Gəncə şəhər sakini Könül Məmmədova ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə Kürdəmir RPŞ-yə gətirilmişlər.
Araşdırma zamanı K.Məmmədova yanvar ayının 11-də tanışı Rasim Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən oğurluq etmələrini etiraf etmişdir.
K.Məmmədova sonrakı araşdırmalar aparılması üçün Ucar RPŞ-yə təhvil verilmişdir.Ucar RPŞ-də K.Məmmədovanın tanışı R.Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən üzərində 15 qızıl diş olan protezi və təqaüd kartını oğurlamaları, yanvar ayının 17-də K.Məmmədovanın cinayəti gizlətmək üçün S.Abdullayevanı boğaraq qətlə yetirməsi də müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fətəliyev tutulmuşdur.Faktla əlaqədar cinayət işi başlanmışdır.