Nəsimi rayonu D.Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi
22.01.2014Yanvarın 22-də saat 13 radələrində Nəsimi rayonu D.Əliyeva küçəsində Bakı şəhər sakini Tural Ərşadlı idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülnar Qasımovanı vurmuş, idarəetməni itirdiyindən avtomobili Vaqif Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpmışdır. Xəsarət almış G.Qasımova ölmüş, T.Ərşadlıya, V.Qasımova və sərnişini - qızı Sevincə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.