Oğurluq etdiklərinə görə tutulmuş Lənkəran şəhər sakinləri Ceyhun Süleymanzadə, Mirməhəmməd Rzazadə və Elmar Əkbərzadənin digər cinayət əməli də müəyyən edilmişdir
22.01.2014Yardımlı RPŞ və Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Bəşir Mustafayevə məxsus aptekdən 80 manat pul və möhür oğurlamış Lənkəran şəhər sakinləri Ceyhun Süleymanzadə, Mirməhəmməd Rzazadə və əvvəllər məhkum olunmuş Elmar Əkbərzadə tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 18-də M.Bədirova və C.Adıyevə məxsus mağazalardan pul, sənədlər, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir.