Oğurluq etmiş Bakı şəhər sakini Tərlan Hüseynov saxlanılmışdır
17.01.2014Yanvarın 17-də saat 04 radələrində Yasamal rayonu A.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri emalatxanasında təmirə dayanmış “Pejo” markalı avtomobildən maqnitofon və səsgücləndiricini oğurlayıb qaçarkən Bakı şəhər sakini Tərlan Hüseynov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Yasamal RPİ 28-ci PB-yə təhvil verilmişdir.
T.Hüseynovun ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri ilə onun Təmraz Həsənova məxsus avtomobildən maqnitofon oğurlaması da müəyyən edilmişdir.