Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisində məişət tullantıları qutularının içərisindən silah-sursat aşkar edilərək götürülmüşdür

17.01.2014

Yanvarın 17-də paytaxt sakinlərindən biri DİN-in "102" Xidmətinə zəng edərək Binəqədi rayonu Şəmsi Rəhimov küçəsinin yaxınlığında yerləşən məişət tullantıları qutularının içərisində silah-sursatın olması barədə məlumat vermişdir.

Daxil olan məlumatın dəqiqləşdirilməsi məqsədilə dərhal sözügedən ünvana gəlmiş polis əməkdaşları tərəfindən məişət tullantıları qutularına baxış keçirilmiş, bu zaman xeyli adda odlu silah, o cümlədən 24 avtomat silahı, 103 ədəd əl qumbarası və alışdırıcısı, 1 ədəd qumbaraatan, 1 ədəd  əl pulemyotu, 2 snayper tüfəngi, 1 ədəd "TOZ-8", 1 ov tüfəngi, 39 ədəd mərmi,  36 avtomat darağı, 5 ədəd işıqlandırıcı raket, 4 tüstüverici şaşka, 31186 ədəd müxtəlif çaplı patron və digər hərbi sursat aşkar edilərək götürülmüşdür.

17.01.2014 tarixinə olan kriminal məlumatlar