Oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Elvin Əliyev və Siyəzən rayon sakini İbrahim Cəfərov saxlanılmışlar
17.01.2014Baş Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 17-də Yasamal rayonu M.Seyidov küçəsində “Dokta” MMC-yə məxsus aptekdən oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Elvin Əliyev və Siyəzən rayon sakini İbrahim Cəfərov saxlanılmış və Yasamal RPİ 28-ci PB-yə təhvil verilmişdir.
E.Əliyev və İ.Cəfərovdan 1 ədəd armatur, 1 ədəd vint açar və 1 bıçaq götürülmüşdür.