Göygöl rayonu ərazisində yerləşən kafenin otaqlarının tavanına və havaya atəş açmış şəxslət saxlanılmışlar
09.01.2014Yanvarın 7-də saat 22 radələrində Göygöl rayonu Qızılqaya qəsəbəsinin ərazisində yerləşən “Duru” kafesinə gəlmiş şəxslər havaya və otaqların tavanına ov tüfəngindən atəş açaraq getmişlər.
Xəsarət alan olmamış, kafeyə qismən ziyan dəymişdir.
Hadisə yerinə baxış zamanı 1 ədəd patron və 16 ədəd boş giliz aşkar edilərək götürülmüşdür.Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Göygöl şəhər sakinləri Müşfiq Hacıyev, Nuriddin Hacıyev, Gəncə şəhər sakini Azər Əliyev və Bakı şəhər sakini Tahir Rəhimov saxlanılmışlar.
M.Hacıyevdən müvafiq sənədləri olan “Sayqa-410 K” markalı silah, güllə darağı və 21 ədəd güllə, N.Hacıyevdən isə müvafiq sənədləri olmayan “Maverlick” markalı ov tüfəngi və 3 ədəd güllə götürülmüşdür.